Tələbələrin olduğu avtobus qaçırıldı - Türkiyədə şok hadisə



 19:42 04.01.2024     401

Kadıköydə səhər saatlarında içərisində 10 şagirdin olduğu avtobus qaçırılıb.

Demedia.az xəbər verir ki, Kadıköy Zühtüpaşa Məhəlləsində səhər saatlarında bir ərazidən tələbələri götürən və içində təxminən 10 şagird olan avtobus piyada gələn bir şəxs tərəfindən qaçırılıb.

Mekitin qaçırılması təhlükəsizlik kamerasına düşərkən, servis Pendikdə tapılıb.

Avtobusda olan tələbələrin bir müddət sonra şübhəli şəxs tərəfindən avtobusdan çıxarıldığı öyrənilib. Xidmətdən yayınan şübhəli axtarılır.

Aysun / Demedia.az