Nazirlər Kabinetinin iclasında dava düşüb



 16:45 05.01.2024     295

Qəzzada qətliam törədən İsraildə sakitlik yoxdur. İsraildə keçirilən son kabinet iclasında nazirlərin dava salaraq ordunu günahlandırdığı iddia edilib.

Demedia.az xəbər verir ki,  Müxalifət lideri Yair Lapid, "İsrail dövləti hökumətini və liderini dəyişməlidir. Bu insanlar əsgərlərimizin fədakarlığına və qəhrəmanlığına layiq deyillər və strateji qərara rəhbərlik edə bilməyəcəklər. İndi getməlidirlər" dedi. O bildirib.İsrail mediasının məlumatına görə, cümə axşamı keçirilən kabinet iclası böyük davaya səhnə olub. Buna görə, Baş Qərargah rəisi Herzi Halevi də daxil olmaqla bir çox nazir İsrail Müdafiə Qüvvələrinin nümayəndələrini ittiham edərkən salonda qışqırıqlar eşidilib. Bəzi xəbər qurumları bağlı qapılar arxasında gedən döyüş səsinin dəhlizlərə sıçradığını bildirib.

Bahadur Seyidov