Mauro İkardidən üzücü xəbər
"Qalatasaray" argentinalı hücumçu Mauro İkardinin son durumu ilə bağlı məlumat verib. Sarı-qırmızılılar argentinalı futbolçunun bir müddət komandadan uzaq qalacağını açıqlayıb.
Demedia.az xəbər verir ki, rəsmi internet saytından edilən şərhdə; “Trendyol Superliqasının 18-ci həftəsində “Fənərbaxça” ilə matçda aldığı zərbədən sonra üz sümüklərində sınıq yaranan futbolçumuz Mauro İkardinin oftalmologiya nəticəsində bir müddət oynamayacağına qərar verilib.
Travmanın 20-ci günündən sonra ediləcək qiymətləndirmənin ardından oyunçumuz lazım olsa maska köməyi ilə oynaya biləcək." Qalatasaray İkardinin şəklini paylaşdı. Fənərbaxça derbisindən sonra gözündə qançır olanlar, sosial media hesablarından Fənərbaxçaya əzəli rəqibinə cavab verdi.
Bahadur Seyidov