Qəzzada ölənlərin sayı 22 mini ötdü


Ötən ilin oktyabrın 7-dən bu günə qədər Qəzzada ölən mülki vətəndaşların sayı 22 min 438 nəfərə çatıb.
Demedia.az xəbər verir ki, 56 mindən çox insan isə yaralanıb.
Qəzza hökumətinin mətbuat xidmətindən verilən açıqlamaya görə, 91 gündür davam edən hücumlarda 9 min 730 uşaq və 6 min 830 qadının həyatını itirib. Bildirilib ki, ölən şəxslərin
326 səhiyyə işçisi və 42 mülki müdafiə əməkdaşıdır.
Qeyd olunub ki, oktyabrın 7-dən İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 106 jurnalist həyatını itirib.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-dən başlayan İsrail-HƏMAS müharibəsi 91 gündür davam edir.
Bahadur Seyidov