Blinken Türkiyəyə səfər edəcək
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinen bu gün Türkiyəyə səfər edəcək.
Demedia.az TRT Haber-ə istinadən xəbər verir ki, səfərin əsas məqsədi Qəzzada baş verənlərlə bağlı müzakirə aparmaqdır.
Blinkenin Türkiyədəki təmasları çərçivəsində xarici işlər naziri Hakan Fidan ilə görüşü və prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.
Yaxın Şərq ölkələrinə səfər çərçivəsində dövlət katibi həmçinin Yunanıstana da səfər edəcək.
Bahadur Seyidov