İran qırmızı bayraq qaldırdı - “Qisas vaxtıdır”



 18:52 05.01.2024     355

İranın Kirman şəhərində  baş verən terror aktından sonra ölkədə qisas çağırışları  edilir.

Demedia.az İran KİV-nə istinadən xəbər verir ki,  teraktda həlak olan şəxslərin dəfn mərasimi zamanı Cemkeran məscidinin günbəzinə qırmızı bayraq asılıb.ülüb. Bu bayraq çox vaxt “intiqam” mesajı kimi şərh olunur.

 Qırmızı bayraq daha əvvəl Qassım Süleymani üçün də qaldırılmışdı.

Xatırladaq ki, yanvarın 3-də İranın Kirman vilayətində Qasım Süleymaninin vəfatının 4-cü ildönümün  yürüş zamanı iki  bomba partladılıb. İran rəsmiləri teraktda həlak olan 89 nəfərin adını açıqlayıb. Hadisə zamanı  100-dən çox insan yaralanıb.

Bahadur Seyidov