Almaniya silah ixracatında yeni rekord qırdı
Almaniyada 2023-cü ildə Federal Hökumətin təsdiq etdiyi silah ixracının həcmi 12 milyard 200 milyon avroya çatıb.
Demedia.az xəbər verir ki, bu ölkə tarixində bir ilkdir. Bildirilir ki, bu rekord silah satışında ən çox ixrac təsdiqini alan ölkə Ukrayna olub.
Ümumi ixrac təsdiqinin 6 milyard 440 milyon avrosunu döyüş silahları, 5 milyard 760 milyon avronu isə zirehli maşınlar da daxil olmaqla hərbi texnika kateqoriyası təşkil edib.
Bahadur Seyidov