Rusiya maşın satışını artırıb
Rusiyada 2023-cü ilin sonunda yeni avtomobillərin - minik avtomobillərinin, yüngül ticari avtomobillərin, yük maşınlarının və avtobusların satışı artıb.
Demedia.az TASS-a istinadən xəbər veir ki, avtomobillərin satışı 2022-ci illə müqayisədə 60% artaraq 1,3 milyon ədədi ötüb.
Eyni zamanda, 2023-cü ildə yeni minik avtomobillərinin satışı illik ifadədə 62% artaraq 1,056 milyon ədədi, yüngül ticari avtomobillərin satışı 35% artaraq 105 min ədədə çatıb. Hesabat dövründə yük avtomobilləri bazarı 74% artaraq 140,2 min ədəd, avtobus bazarı isə 17,8 min ədədə yüksəlib (keçən ilin müvafiq dövrü ilə müqayisədə 19% artım).
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin fevral ayından davam edir.
Bahadur Seyidov