İordaniya İsrailə qarşı qaldırılan soyqırım iddiasını dəstəkləyib



 16:22 05.01.2024     278

İordaniya Qəzza zolağında 22 mindən çox fələstinlini qətlə yetirən İsrailə qarşı Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı soyqırım iddiasını dəstəklədiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi İordaniya Nümayəndələr Palatasındakı çıxışında ölkəsinin İsrailin Qəzza zolağına davam edən hücumlarını dayandırmaq üçün var gücü ilə çalışdığını bildirib.İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki qeyri-qanuni davranışlarına toxunan Safadi yəhudilərin qanunsuz əməllərinə diqqət çəkib. "İordaniya Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində soyqırım cinayəti ilə bağlı açdığı iddianı dəstəkləyir. Xarici İşlər Nazirliyi ərəb və İslam ölkələri ilə məsələni təqib edəcək” - Ayman əs-Safedi deyib.

Bahadur Seyidov