4 qol olan çılğın matçda qalib yoxdur



 22:00 05.01.2024     316

Superliqanın 19-cu həftəsində “Qaziantep FK” ilə “Pendikspor” üz-üzə gəlib. Qaziantep Kalyon Stadionunda keçirilən qarşılaşma 2-2 hesabı ilə bitib.

Demedia.az xəbər verir ki, Qaziantep FK 12-ci dəqiqədə Denis Draqus və 49-cu dəqiqədə Ogünlə 2-0 önə keçsə də, Pendikspor 3 dəqiqədə 2-2 hesabı ilə qalib gəlib. İstanbul təmsilçisindən Erdem Özgenç 77-ci dəqiqədə penaltini qola çevirib. Erencan Destek 80-ci dəqiqədə hesabı 2-2 etdi.Bu nəticədən sonra Qaziantep FK xalını 20-yə, Pendikspor isə 15-ə yüksəldi. Qaziantep FK növbəti liqa matçında səfərdə "Hatayspor"la qarşılaşacaq. "Pendikspor" öz meydanında "Antalyaspor"u qəbul edəcək.

Bahadur Seyidov