İsrail ordusu Livanla sərhəddə yüksək döyüş vəziyyətinə gətirilib
İsrail Baş Qərargah rəisi Herzi Halevi bildirib ki, Livan sərhədində müharibə ehtimalına qarşı hərbi qüvvələrin hazırlıq səviyyəsi pik həddədir.
Demedia.az xəbər verir ki,Livan sərhədinə səfər edən Halevi yüksək rütbəli hərbçilərlə bölgədəki vəziyyəti dəyərləndirib.İsrail qüvvələrinin hər cəbhədə döyüşə hazır olduğunu bildirən Halevi, ordunun Qəzzada HƏMAS-la mübarizəyə diqqət ayırdıqlarını ifadə edib.
Halevi bildirib ki, müharibəyə səbəb olan çətin şərtlərə baxmayaraq, bu, əslində ölkənin şimal və cənubunda vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirəcək bir fürsətdir.
Bahadur Seyidov