Keniya ölkəyə viza azadlığının başladığını açıqlayıb
Keniya ölkəyə viza azadlığının başladığını açıqlayıb.
Metbuat.az xəbər verir ki, yerli dairələr vizasız daxil olan ilk sərnişinlərin Jomo Kenyatta hava limanına endiyi məlumatını paylaşıb. Əcnəbilərin Keniyaya vizasız daxil olduqları bildirilib. İndiyə qədər təxminən 5 min müraciəti olduğu məlumatı paylaşılıb.
2 mindən çox müraciətin qəbul edildiyi açıqlanıb. Qeyd edək ki, Keniya Prezidenti Uilyam Ruto bundan əvvəl Böyük Britaniyadan müstəqilliklərinin 60-cı ildönümü münasibətilə keçirilən mərasimdə 2024-cü ildən etibarən ölkəyə giriş üçün viza tələbini ləğv edəcəklərini açıqlamışdı.
Bahadur Seyidov