Sərnişin təyyarəsinin təcili çıxış qapısı havada partladı
ABŞ-da 174 sərnişini olan təyyarənin təcili çıxış qapısı uçuş zamanı təzyiqin itirilməsi nəticəsində 16 min fut yüksəklikdə partlayıb.
Demedia.az xəbər verir ki, hadisə zamanı xəsarət alan olmasa da, sərnişin təyyarəsi Portlenddə məcburi eniş edib.
ABŞ-ın Oreqon ştatının Portlend şəhərindən Kaliforniyanın Ontario şəhərinə uçan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb. Alyaska Hava Yollarına məxsus sərnişin təyyarəsinin təcili çıxış qapısı naməlum səbəbdən təzyiqin düşməsi nəticəsində 16 min fut yüksəklikdə partlayıb. Təyyarənin içərisində təzyiq azaldığından oksigen maskaları açılarkən sərnişinlər sakitləşə biliblər. Oktyabr ayında hava yollarına təhvil verilən Boeing 737-MAX 9 sərnişin təyyarəsi 174 sərnişin və 6 ekipaj üzvü ilə təcili olaraq Portlendə qayıtmalı olub. Təyyarə Portlendə uğurla eniş edib.
Alyaska Hava Yolları tərəfindən edilən açıqlamada, bu ifadələrdən istifadə edilərək ətraflı izahat verilmədi: "1282 nömrəli uçuş axşam havaya qalxdıqdan qısa müddət sonra Portlendə təhlükəsiz şəkildə geri endi."
Federal Aviasiya Administrasiyasından verilən açıqlamada ekipajın "təzyiq problemi" olduğunu bildirdiyi və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
Aysun / Demedia.az