Futbolçu "Fənərbaxça" ilə vidalaşır.
Superliqa nəhəngi "Fənərbaxça"ya transfer olunduğu gündən bu yana gözləntiləri qarşılaya bilməyən ulduz futbolçu Səməd Akaydın "Fənərbaxça" ilə vidalaşır.
Demedia.az xəbər verir ki, Sametin fasilədə komandadan ayrılacağı dəqiq görünür.Milli komandanın baş məşqçisi Montellanın keçmiş tələbəsi Səməd Belçika Liqası komandalarından olan “Gent”in təklifini nəzərdən keçirmək mərhələsindədir. Bundan başqa, Superliqanın 5 klubu sıradadır."Adana Dəmirspor"dan 3,7 milyon avroya transfer olunan milli müdafiəçi bu mövsüm cəmi 613 dəqiqə oynaya bilib. UEFA Konfrans Liqasının qrup matçları üçün adı siyahıda yer almayan 29 yaşlı futbolçu türk forması ilə Avropa çempionatında yer almaq üçün özünü göstərmək istəyir.
Bahadur Seyidov