Obama və Bayden Trampa qarşı “birləşir”



 10:57 07.01.2024     322

Amerika  Birləşmiş Ştatlarının sabiq preidenti Barak Obama Donald Trampın Ağ Evə qayıtması ehtimalından narahatdır.

Demedia.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat  yayıb.

Qeyd edilib ki,  o,  Amerika lideri Co Bayden və onun tərəfdarlarını seçki kampaniyasını aktivləşdirməyə çağırır.

Nəşr qeyd edib ki, Obama Bayden və onun köməkçiləri ilə kampaniyanın yenidən qurulması və Baydenin kampaniyasına Ağ Evlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyətinin verilməsi zərurəti barədə birbaşa danışıqlar aparıb. 

Mənbələr bildiriblər ki, Obama son aylarda Ağ Evdə özəl şam yeməyi zamanı Baydenlə bu mövzuda şəxsən danışıb və bu barədə ictimaiyyətə məlumat verilməyib.

Bahadur Seyidov