Qəzada ölən aktyorun son paylaşımı diqqət çəkdi: “Bizi gözləyin”



 11:58 07.01.2024     410

Karib dənizində təyyarə qəzasında vəfat edən Hollivud aktyoru Kristian Oliver ölümündən bir neçə gün əvvəl etdiyi  paylaşımla diqqət çəkib.

Demedia.az xəbər verir ki,  o, bir neçə  gün əvvəl instaqram hesabında “Cənnətdən salamlar” adlı  mesaj yayımlayıb.

 "Cənnətin bir küncündən salamlar! 2024, bizi gözləyin!", - deyə o paylaşıma əlavə edib.

Qeyd edək ki, yanvarın 4-də Karib dənizində təyyarə qəzasında aktyor iki qızı ilə birlikdə  həlak olub.

Bahadur Seyidov