Bu 10 insana hörmət etməyin! - Video



 10:01 07.01.2024     676

Bu 10 şeyi edən insana sayğı göstərməyin! İstər romantik münasibət, istər ailədaxili münasibət, istərsə də dostluq olsun, güvənmək, etibar etmək təməl ehtiyaclardan biridir.

İnsanın kim olduğunu anlamaq üçün onun danışığına və etdiyi hərəkətlərə diqqət yetirmək kifayətdir. Diqqət yetirin, sonra beyninizdə analiz edin.

1. Narsistlər. Stoaçılar bu fikirdə idilər ki, başqa insanların daxili rahatlığımızı pozmalarına imkan verməməliyik. O insanların “mən” mərkəzli davranışlarına etina etməməyi, onların təkəbbürünün əhatəsində zehni sakitliyimizi qorumağı məsləhət görürdülər. Əgər ətrafınızdakı insanlardan biri daim özü haqqında danışırsa, başqalarının varlığını eyninə almırsa, demək, həmin adam etibar edə biləcəyiniz biri deyil. 2. Qeybətcil insanlar. Stoaçılıq qeybətlərin öhdəsindən gəlmək yollarını da öyrədir. Onlar vurğulayırdılar ki, başqalarının düşüncəsinə önəm verməmək ən yaxşı seçimdir. Bir insan başqa insanın sirlərini ifşa edirsə, onunla bağlı informasiyanı asanca paylaşırsa, bunu sizə də etməsi-arxanızca qeybət qırması ehtimalı maksimumdur, hətta ehtimal deyil, qətidir. Qeybət vərdiş deyil, zövq alınaraq həyata keçirilən prosesdir. Ona görə də, sırf “dostumdur” dediyiniz adamın sirlərinizi başqasına söyləməyəcəyini ağlınıza belə, gətirməyin.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az