40 yaşdan sonra bu vitaminləri mütləq istifadə edin! - Video



 10:16 07.01.2024     586

Yaşımız irəlilədikcə, həyatımız müxtəlif istiqamətlərdə dəyişməyə başlayır. Ehtiyacımız olan vitamin və minerallar da dəyişir. Hətta qidalar belə, yaşa, cinsiyyətə görə müxtəlif çeşidlərə ayrılır.

1) Kalsium. Əzələlər, sinirlər, hüceyrələr və damarların düzgün işləməsi üçün lazımdır. Yaş artdıqca orqanizmin kalsiumu mənimsəmək qabiliyyəti azalır. Yetərli miqdarda kalsium olmasa, orqanizm ehtiyacı olan mineralı sümüklərdən çəkməyə başlayır. Bu da insanlarda, xüsusilə, klimaks keçirən qadınlarda sümük əriməsinə gətirib çıxara bilir.

2) D vitamini. Günəş işıqlarına məruz qaldıqda orqanizmin istehsal etdiyi D vitamini sümüklərin sağlamlığı üçün faydalıdır. Lazımi miqdarda kalsium qəbul etməyinizə baxmayaraq, D vitamini çatışmazlığı varsa, orqanizm kalsiumu mənimsəyə bilməz. Orqanizmin D vitamini ehtiyacını vaxtında ödəmək diabet, xərçəng, ürək-damar xəstəlikləri riskini azaldır.

3) Maqnezium. Əzələlərin və sinirlərin düzgün işləməsi üçün lazımdır. Qanda şəkərin miqdarını tənzimləyir, təzyiqi stabil saxlayır. Yetərli miqdarda maqnezium qəbul etməsək: a) Ürək ritmi pozulur; b) Qanda şəkərin səviyyəsi yüksəlir; c) Sümüklər həssaslaşır; d) Baş ağrıyır; e) Əzələ spazmaları baş verir;

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az