Fransız generaldan Ukrayna müharibəsi ilə bağlı şok iddia: Rusiya bu il...



 11:30 07.01.2024     241

Rusiya prezidenti Vladimir Putin ölkə ordusunu o qədər gücləndirib ki, bu il Ukrayna münaqişəsində qalib gələ biləcək.

Demedia.az xəbər verir ki, bu fikri Fransa Hərbi Hava Qüvvələrinin Baş Qərargahının keçmiş rəhbəri, general Jan-Pol Palomero LCI televiziya kanalında səsləndirib.

General “Ukrayna ordusunun hazırkı mövqeyi Rusiyanın nəhayət 2024-cü ildə üstünlüyü əldə etməsinin səbəbi ola bilərmi?” sualına belə cavab verib:

“Ola bilər. Ukraynalı generalların açıqlamaları heç də təəccüblü olmayıb. Bəzi insanlar bunun “ağlayan canavar” olduğunu düşünə bilər, amma mən belə düşünmürəm”.

Onun sözlərinə görə, Rusiya hərbi qüdrət baxımından “artır” və Rusiya və Ukrayna qüvvələri arasında uçurum hər gün dərinləşir.

Palomero Putinin uğurunun səbəblərini hərbi büdcəni əhəmiyyətli dərəcədə artırmaqda görür. Həmçinin Rusiya prezidenti səfərbərliyi elə həyata keçirə bildi ki, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti xeyli artsın, hərbi sənaye güclənsin.

Eyni zamanda, Fransa Hərbi Hava Qüvvələrinin Baş Qərargahının keçmiş rəhbərinin sözlərinə görə, Ukrayna texniki və insan resurslarını yeniləyə bilmədiyini nümayiş etdirib.