Təcili çıxış qapısı havada olarkən partladı!



 19:00 07.01.2024     318

Türk Hava Yolları (THY) 5 "Boeing 737 MAX 9" tipli təyyarəni donanmasından geri çəkdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki,  "Alaska Hava Yollarına məxsus Boeing 737 MAX 9 təyyarəsində baş verən hadisədən sonra səlahiyyətlilərin ilkin araşdırması nəticəsində THY donanmasında olan 5 Boeing 737 MAX 9 təyyarəsinin ehtiyat tədbiri olaraq müayinədən keçirilməsi tələb edilib". THY-nin mətbuat müşaviri Yəhya Üstün sosial media hesabından verdiyi açıqlamada donanmadakı bu təyyarələrin uçuş təhlükəsizliyi səbəbilə uçuşlardan çıxarılacağını bildirib və əlavə edib: “Alaska Hava Yollarına məxsus Boeing 737 MAX 9 təyyarəsində baş verən hadisədən sonra Səlahiyyətlilərin ilkin araşdırması nəticəsində THY donanmasında olan 5 Boeing təyyarəsi çıxarıldı." 737 MAX 9 təyyarəsinin də ehtiyat məqsədi ilə müayinədən keçirilməsi tələb olundu.