Qoz qabığını zibilə atmayın! Çünki bu xəstəlikləri sağaldır - Video



 10:49 07.01.2024     576

Qoz qabıqlarını atmayın, onun özündən daha faydalıdır.

 

Yunan həkimi Dioskorid birim eranın 1-ci əsrində öz qeydlərində qozun müalicəvi əhəmiyyətindən bəhs edib. Bərk və nataraz olan qoz qabığı sağlamlığa faydaları baxımından heç də qozun ləpəsindən geri qalmır. Onun tərkibində kalium, maqnezium, yod, sink, dəmir, proteinlər, alkaloidlər, A, B, C, A vitamini, karbon turşuları, taninlər, liflər, az miqdarda zülal və yağ da var. Bu zəngin tərkibi sayəsində qoz qabığı min illərdir ki, xalq təbabətinin bir hissəsidir. Hipertoniya zamanı. Qoz qabığının tərkibində kumarin var ki, o, heç bir dərmanın köməyi olmadan qan təzyiqinin normallaşmasına kömək edir. Amma unutmaq olmaz ki, məhlulun hazırlanmasında alkoqollu maddədən istifadə olunur. Buna görə də, istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək yaxşıdır. Dəri xəstəliklərinin müalicəsində. Kəsiklər, cızıqlar, həşərat dişləmələri, eqzema kimi dermotoloji problemlər, hətta saç tökülməsi zamanı qoz qabığından hazırlanan məhlul müsbət təsir edir. Dəridəki qızartını və qaşınmanı yox edir, epidermisin sürətli bərpasını dəstəkləyir. Bunun üçün qoz qabığı külünü bitki yağı ilə qarışdırmaq, yaxud bir neçə damcı balıq yağına qatmaq, alınan vasitəni zədəli nahiyəyə çəkmək, üstündən steril tənzif ilə sarıyaraq 2 saat gözləmək lazımdır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az