AK Partiyanın namizədləri:



 20:00 07.01.2024     390

AK Partiyanın 20 ilin bələdiyyə başçı namizədləri bəlli olub. İstanbulda Murat Kurum və Ankarada Turqut Altınok namizəd olacaq.

Demedia.az xəbər verir ki,  Türkiyə 31 mart 2024-cü ildə keçiriləcək yerli seçkilərə fokuslanarkən, AK Partiya üçün kritik gün gəlib çatıb. İctimaiyyətin səbirsizliklə gözlədiyi AK Partiyanın bəzi namizədləri bu gün Haliç Konqres Mərkəzində keçiriləcək mərasimdə açıqlanacaq.Təqdimat mərasimində prezident Rəcəb Tayyib Ərdoğan şəxsən iştirak edəcək. Prezident Ərdoğan İstanbul da daxil olmaqla 12 böyük şəhər və 16 vilayətin bələdiyyə sədrliyinə namizədlərini İstanbulda, prezident Ərdoğan isə yanvarın 15-də Ankarada qalan 46 bələdiyyə başçı namizədini açıqlayacaq. Rayon bələdiyyə sədrliyinə namizədlər yanvarın 15-dən sonra açıqlanacaq.

 YEKUN NAMİZƏDLƏR
Ankara: Turqut Altınok
İstanbul: Murat Kurum
Eskişehir: Nəbi Hatipoğlu
Sakarya: Ekrem Yüce
Adana: Halil Nacar
Qaziantep: Fatma Şahin
Trabzon: Murat Zorluoğlu
Şanlıurfa: Zeynel Abidin Beyazgül
Balıkesir: Yücel Yılmaz
Hatay: Mehmet Öntürk
Konya: Uğur İbrahim Altay
Antalya: Hakan Tütüncü
Kayseri: Memduh Büyükkılıç
Rize: Rəhmi Mətin
Aksaray: Evren Dinçer
Dənizli: Osman Zolan
Elazığ: Şahin Şerifoğulları
Mardin: Veysi Şahin
Nevşehir: Mehmet Savran
Muş: Feyat Asya

Bahadur Seyidov