Baş ağrısı, əllərin əsməsi.../ Allergik rinit - Video



 11:19 07.01.2024     539

Allergik rinit (AR) – burun selikli qişasının allergen deyilən, orqanizmə yad olan maddələrə qarşı verdiyi iltihabi cavab reaksiyasıdır.

Həmin maddələr hər kəsdə allergik reaksiyaya səbəb olmayıb,yalnız həmin maddələrə - allergenlərə həssaslığı olan insanlarda allergik rinitə səbəb olur.Simptomları yəni xəstənin şikayətləri asqırma, burun tutulması,burun axıntısı (1929 cu ildə kardina simptomlar olaraq qəbul edilmişdir) burunda, boğazda, damaqda qaşınma, gözlərin qaşınması (Allergik konyektivit), sulanması; burun ətrafı sinuslarda təyziq hissi, üz ağrısı, öskürək, iy və dadbilmənin pozulması kimi hallar görülə bilir.

Allerqoloq Gülnar Quliyeva mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Allerqoloq Gülnar Quliyeva "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az