İnfeksiyanın səbəb olduğu xəstəlik \ Ürəkdə maye yığılması - Video



 11:22 07.01.2024     547

Normal halda ürəyin ətrafını çevrələyən perikard adlanan kisədə 50 ml-yə qədər maye olur ki, bu maye ürəyin kisə içərisində normal hərəkətini təmin edir.

Maye səviyyəsinin patoloji artması perikardial effuziya adlanır və perikardial pərdənin özünün iltihabi yaxud orqanizmdə olan hər hansı bir xəstəliyin nəticəsi olaraq ortaya çıxır. 

Səbəblər müxtəlifdir:
Orqanizmdə olan hər hansı bir bədxassəli törəmə,
Vərəm,
Qalxanabənzər vəzin ciddidisfunksiyası,
İltihabi xəstəliklər,
Sistem xəstəlikləri və s.

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az