Uşaqlarda boğaz və diş infeksiyanın yaratdığı xəstəlik \ ENDOKARDİT nədir? - Video



 11:26 07.01.2024     609

Endokardit ürəyin ən təhlükəli xəstəliklərindən hesab edilir. İllər öncə diaqnozu dəqiq qoyulmadıqda insanlar bu xəstəlikdən ölürdülər.

Hal-hazırda da bir çox xəstəliklərlə qarışıq salınır və vaxtında kardioloqa müraciət olunmadıqda ölümlə nəticələnə bilir. Endokardit – Ürək qapaqlarının, ürək və damarların içərisində yerləşən endotel təbəqənin infeksiyasıdır. Necə ki, hər hansı bir orqanımızda ( ağız boşluğu, boğaz, bağırsaqlar ) infeksion proses olduqda insanın qızdırması qalxır, eyni bu xəstəlikdə də insanda ilk olaraq qızdırma görsənər. Qızdırma çox zaman titrəmə ilə növbələşər və ilk dövrdə adi virus infeksiyası ilə dəyişik salına bilər. Bu zaman xəstələr yanaşı müxtəlif şikayətlər verə bilər.

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az