Borcu olanlar mütləq izləsin \ Əmək haqqının 50%-i... - Video



 11:37 07.01.2024     555

İşçilərə əmək haqqı əmək müqaviləsində göstərilən miqdarda hesablanır, lakin, ödənilən zaman, bildiyimiz kimi, az ödənilir.

Səbəbi, əmək haqqı ödəniləndən öncə ondan müvafiq tutulmalar edilir (fiziki şəxslərin gəlilr vergisi, DSMF ayırmaları, həmkarlar təşkilatına üzvlük haqqı, alimentlər, kreditlər və s.), qalan hissəsi isə işçiyə birbaşa kassadan verilir və ya onun bank kartına köçürülür. Əmək haqqından tutulmalar aşağıdakı istiqamətlər üzrə aparılır: büdcə və dövlət təşkilatlarına; işçinin işlədiyi müəssisəyə; üçüncü şəxslərə.

Tanınmış vəkil Vamiq Şükürov öz  "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib. 

Demedia.az   həmin videonu sizə təqdim edir. 

Rəna İsmayılova / Demedia.az