Süd vəzindən maye gəlməsi, şişlik \ MASTOPATİYA - Video



 11:47 07.01.2024     639

"Mastopatiya" termini altında 30-a yaxın sinonim birləşdirilir — süd vəzisinin displaziyası, süd vəzlərinin dishormonal hiperplaziyası, fibroadenomatoz, Şimmelbuş xəstəliyi, xroniki kistoz mastit, mazoplaziya, kistoz mastopatiya, mastodiniya və s.

Bütün bu və digər terminlər, adətən süd vəzlərində bu xəstəlik zamanı rast gəlinən çoxsaylı morfoloji dəyişiklikləri izah eləmək üçün tətbiq edilir.Mastopatiya nə ilə təhlükəlidir? Baxmayaraq ki, xəstəlik xoşxassəlidir və xərçəngönü hesab edilmir, süd vəzi xərçəngi diffuz mastopatiyada – 4 dəfə, kistoz forma fonunda isə – 40 dəfə çox inkişaf edir. Mastopatiyanın qeyri-proliferativ formalarında bədləşmə riski 1%-dən çox olmur, epitelin zəif proliferasiyasında – təxminəm 2,5%, güclü proliferasiyasında isə 31,5%-ə çatır.

Ankoloq-Mammoloq İndira Səfərova mövzu haqqında videoda ətraflı məlumat verib.

Demedia.az  Ankoloq-Mammoloq İndira Səfərova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az