Çin ABŞ-ın 5 müdafiə sənayesi şirkətinə sanksiya tətbiq edib



 12:45 08.01.2024     280

Çin, Tayvana silah satışında vasitəçilik etdikləri səbəbiylə ABŞ-ın 5 müdafiə sənayesi şirkətinə sanksiya tətbiq edəcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyindən açıqlama verilib. Açıqlamada, Tayvan bölgəsinə silah satışının “Vahid Çin” prinsipini pozduğu və ABŞ ilə diplomatik əlaqələrin əsasını təşkil edən Üç Birgə Bəyannaməyə zidd olduğu bildirilib. Açıqlamaya görə, Çin Xarici Sanksiyalara Qarşı Tədbirlər Qanununa uyğun olaraq ABŞ-ın 5 müdafiə sənayesi şirkətinə sanksiya tətbiq etmək qərarına gəlib.

Sanksiya çərçivəsində sözügedən şirkətlərin Çində daşınmaz əmlakları dondurulacaq, Çindəki qurum və şəxslərlə pul köçürmələri və əməkdaşlıq etmələri qadağan ediləcək.

Bahadur Seyidov