Pakistan hərbi gəmilərini Ərəbistan dənizinə yerləşdirdiyini açıqlayıb



 10:28 08.01.2024     257

Pakistanın Hərbi Dəniz Qüvvələri təhlükəsizlik insidentlərindən sonra gəmilərini Ərəbistan dənizinə yerləşdirdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Pakistan Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Baş İdarəsinin X sosial media platformasındakı hesabında açıqlama verilib. Açıqlamada, Hərbi Dəniz Qüvvələrinin Ərəb dənizində baş verən son təhlükəsizlik hadisələri səbəbilə gəmilərini bu dənizə yerləşdirdiyi bildirilib.

Açıqlamada, milli və beynəlxalq dəniz kommunikasiya xətlərinin sıx nəzarət altında saxlanılması üçün Ərəb dənizində mövcudluğun saxlanıldığı, həmçinin hərtərəfli hava yoxlamasının aparıldığı bildirilib.

Bahadur Seyidov