Avropa İttifaqının ordusu olmalıdır - Antonio Tajani



 14:12 08.01.2024     317

Avropa İttifaqının sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək ordusu olmalıdır.

Demedia.az xəbər verir ki, İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani belə deyib. O İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində bildirib ki, rəhbəri olduğu “Forza Italia” partiyası Avropada müdafiə sahəsində daha güclü əməkdaşlığa üstünlük verir. Onun sözlərinə görə, Yaxın Şərqdən Hind-Sakit Okean hövzəsinə qədər böhranların yaşandığı və ABŞ, Çin, Hindistan və Rusiya kimi güclü oyunçuların olduğu bir dünyada Avropa İttifaqı daha effektiv rol oynayacaq orduya malik olmalıdır.

“Əgər biz dünyada sülhməramlı olmaq istəyiriksə, Avropa ordusuna ehtiyacımız var və bu, Avropanın xarici siyasətinin effektiv olması üçün əsas şərtdir” – Tajani deyib.