Şimali Koreya Cənubi Koreyanın bəyanatlarını rədd edib



 14:43 08.01.2024     304

Cənubi Koreya Şimali Koreyanın təxminən 90 artilleriya mərmisi atdığını açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı açıqlama verib. Açıqlamada Şimali Koreyanın qərb sərhədində yerləşən Yeonpyeong adasının şimalından təxminən 90 artilleriya mərmisi atdığı bildirilib. Qeyd olunub ki, Şimali Koreya 3 gün ardıcıl olaraq təlimlər keçirib. Şimali Koreya isə Cənubi Koreyanın bəyanatlarını rədd edib.  Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq məsələ ilə bağlı açıqlama verib.

Kim Şimali Koreyanın təqlid etdiyi güllə səslərinin sayının Cənubi Koreya tərəfindən səhv hesablandığını və güllələrin Şimal Sərhəd Xəttindəki bufer zonaya düşdüyü barədə iddiaların doğru olmadığını iddia edib.

Bahadur Seyidov