Qəzzada 30 min insan müharibənin qurbanı olub
Qəzza zolağında İsrail-HƏMAS müharibəsində 30 mindən çox insan ölüb.
Demedia.az xəbər verir ki, bu açıqlama ilə hərəkatın rəhbərliyinin üzvü Usamə Həmdan çıxış edib.
"Qəzza zolağında ölənlərin sayı 29 722 nəfərə çatıb ki, onlardan ən azı 10 000-i uşaq və 7 000-i qadındır, daha 58 166 nəfər isə yaralanıb".
Həmdan əlavə edib ki, ən azı 7 min qəzzalı itkin düşüb. Onun sözlərinə görə, ümumilikdə, ötən il oktyabrın 7-dən Qəzza zolağında ölənlərin, yaralananların və itkin düşənlərin sayı anklavın ümumi əhalisinin ən azı 4%-ni təşkil edir.
Bahadur Seyidov