Şarl Mişel Avropa İttifaqından gedir?



 15:14 08.01.2024     283

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel iyunda keçiriləcək Avropa Parlamentinə seçkilərdə iştirak edəcək.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Parlamentinə seçkilərə qədər o,  hazırkı vəzifəsini tərk etməyəcək, lakin cari funksiyalarını seçki kampaniyası ilə birləşdirəcək.

Vurğulanıb ki,  Mişel seçkilərdə seçilərsə, onun səlahiyyətləri sadəcə olaraq 2024-cü ilin iyunundan, yəni vaxtından 5 ay əvvəl onun varisinə keçəcək.

 Avropa Şurasının rəhbəri əmindir ki, onun hazırkı səlahiyyətləri başa çatmamış Avropa Parlamentinə seçkilərdə namizədliyini irəli sürməsi Avropa İttifaqını zəiflətməyəcək.

Qeyd edək ki, mediada Şarl Mişelin vəzifəsində  gedəcəyi,  yerinə Macarıstanın Baş naziri Viktor Orbanın gələcəyi iddia edilirdi.

Bahadur Seyidov