Rusiya bu il 7 ballistik raket atacaq



 15:56 08.01.2024     376

Rusiya Strateji Raket Qüvvələri bu il 7 qitələrarası ballistik raket atmağı planlaşdırır.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi  məlumat yayıb.

Bildirilib ki,  Rusiya ordusunun raket sistemlərinin uçuşu və idarəetmə təlimləri çərçivəsində son 5 ildə 20-dən çox qitələrarası ballistik raket buraxılıb.

Qeyd edək ki,  Rusiya Strateji Raket Qüvvələri daim döyüşə hazır olan Rusiya ordusunun strateji nüvə qüvvələrinin əsas komponenti kimi tanınır.

Bahadur Seyidov