Suriya ordusunun İdlibə hücumu - 5 mülki şəxs yaralanıb
İdlibin Saraqib rayonunda yerləşən Suriya ordusu və İranın dəstəklədiyi xarici terrorçu qruplaşmalardan ibarət rejim qüvvələri İdlibin şərqindəki Sermin kəndinə hücum edib.
Demedia.az xəbər verir ki, hücum qurudan-yerə silahlarla baş tutub. Təşkil edilən hücumda 5 mülki vətəndaş yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Bahadur Seyidov