Yaponiya Kiyevə yardım göstərəcək



 17:43 08.01.2024     384

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Kiyevə səfər edib.

Demedia.az xəbər verir ki,  bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Yoko Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar aparıb.

  Kyodo agentliyinin məlumatına görə, Kamikava bildirib ki, Yaponiya hökuməti NATO fonduna 37 milyon dollar göndərəcək və bu vəsait xüsusilə Ukraynanın pilotsuz təyyarələrin aşkarlanması sistemləri ilə təmin edilməsinə sərf olunacaq.

Bahadur Seyidov