Beyrutdakı beynəlxalq hava limanına kiberhücum edilib



 17:18 08.01.2024     277

Livanın paytaxtı Beyrutdakı Rafik Həriri Beynəlxalq Hava Limanının salonunda uçuş məlumatı ekranlarına kiberhücum edilib.

Demedia.az xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA məlumat yayıb. Bildirilib ki, hava limanının gözləmə zalında uçuş məlumatı ekranlarında Hizbullah və Livanın cənubundakı qarşıdurmalara qarşı yazılar yerləşdirilib.

Sosial mediada paylaşılan görüntülərə görə, "Allahın Əsgərləri" adlı radikal xristian qrupun imzası ilə uçuş ekranlarında paylaşılan mesajda deyilir: "Rafik Həriri Hava Limanı Hizbullah və İranın hava limanı deyil. Ey Hizbullah, biz kiminsə adından döyüşməyəcəyik. Hava limanı dövlətin caynağından azad olsun”.

Bahadur Seyidov