Uşaqlarda böyrək genişlənməsi - Sidiyə çıxanda bu əlamətlər varsa... - Video



 09:28 08.01.2024     562

 

Hidronefroz – səssiz ölüm adlanan xəstəliklərdəndir.

Əksəriyyətimiz ağrı ilə müşahidə olunmayan xəstəliklərə laqeyid yanaşırıq. Əgər heç bir ağrı, sancı olmadan təsadüfi müayinə zamanı sizə desələr ki, sizin böyrəyinizdə genişlənmə var, yeqin əksəriyyətiniz onu ciddi qəbul etməzsiniz. Çünki, düşünərsiz ki, ciddi bir şey olsaydı ağrı verərdi. Əlbəttə ki, mən də sizin kimi düşünərdim, əgər hidronefroz haqqında məlumatsız olsaydım. Hidronefroz hətta iki tərəfli olsa belə ağrısız keçə bilir və böyrək funksiyasının itirilməsinə qədər gətirir. Böyrək funksiyasının itirilməsi dedikdə böyrək çatışmazlığı başa düşülür. Hidronefrozun səbəbi ola bilər ki, sidik axarının daralması olsun, xaricdən sıxılması, sidik axarında daş, böyrək sallanması olsun. Xaricdən sidik axarını sıxan və ən çox aşkarlanan səbəb böyrəyin aşağı qütbünə gedən əlavə damardır. Lakin hidronefrozun daha ciddi səbəbləri ola bilir, bunlara böyrək, sidik kisə, bağırsaq, uşaqlıq, qarın boşluğu və çanaq orqanlarından inkişaf edən şişlər və peritonarxası sahənin şişləri, peritonarxası fibroz yaxud Ormondo xəstəliyi, böyümüş limfa düyünü və. s ola bilir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az