Beynin gücünü 10 dəfə artıran vitaminlər - Video



 09:34 08.01.2024     588

Unutqanlığın qarşısını almaq olur.

B6 vitamini. Bu vitamin siqnal ötürən maddələrin istehsalına kömək edir. Həmçinin, qırmızı qan hüceyrələri əmələ gətirir, beyinin sağlam şəkildə işləməsini təmin edir. B6 vitamini çatmayanda zehni performans zəifləyir, unutqanlıq müşahidə olunur. Rasionunuza toyuq əti, balıq əti, kartof, mərci, noxud, banan, fındıq daxil edin. Bunlar B6 vitamini mənbəyidirlər; D vitamini. Sümüklərin sağlamlığına cavabdeh olan D vitamini beyinin iş qabiliyyətini də yüksəldir. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı zehni pozğunluğa, yaddaş problemlərinə yol açır. D vitamini ilə zəngin qidaları rasionunuza daxil etməklə, sağlamlığınızın keşiyində dayana bilərsiniz. Həmin qidalara misal kimi, yağlı balıqları, yumurta sarısını, göbələyi, süd məhsullarını göstərmək olar. Günəş işığı altında uzanmaq, günəşli günlərdə başıaçıq halda uzun-uzun gəzintilərə çıxmaq da D vitamini qəbul etməyin bir üsuludur;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az