Son anda ölümdən xilas oldu - ANBAAN VİDEO



 23:48 08.01.2024     719

Sakaryanın Karasu rayonunda aşaraq alovlanan avtomobildə ilişib qalan sürücü İrfan Aşık yoldan keçən TIR sürücüsü Orhan Parlak tərəfindən xilas edilib.

Demedia.az xəbər verir ki, həmin anlar kameraya düşərkən alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qəza gecə saat 03:00 radələrində İstanbul Yalı Mahallesi prospektində baş verib. İrfan Aşığın idarə etdiyi 06 FF 263 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq əvvəlcə orta refüje və işıq dirəyinə dəyib, daha sonra alovlanıb. Bu vaxt yoldan keçən yük maşını sürücüsü Orxan Parlak yanan avtomobili görüb və köməyə qaçıb.

Parlak avtomobilin şüşəsini sındıraraq maşında qalan sürücünü xilas edib. Yanğınsöndürənlər yanan avtomobili söndürərkən, yanmaqdan çətinliklə xilas olan Aşık xəstəxanaya aparılıb.

Aşığın vəziyyətinin yaxşı olduğu bildirilərkən, Parlakın sürücünü xilas etdiyi anlar kameralara düşüb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Aysun / Demedia.az