Bu ərazidə xəzinə var - Axtarışlar başladı



 21:34 08.01.2024     529

Antalyanın dünyaca məşhur Konyaaltı çimərliyi güclü yağış və fırtınadan sonra detektorla qızıl və sikkə axtaranların ünvanı olub.

Demedia.az xəbər verir ki,  Meteorologiya Ümumi Müdirliyinin xəbərdar etdiyi leysan yağış və fırtına Antalyada təsirini itirib. Dünən gün ərzində təsirli olan yağış və tufan həyatı mənfi təsir edib. Şiddətli tufan və yağış bu gün kəsilib.

Buludlu havadan istifadə edən vətəndaşlar dünyaca məşhur Konyaaltı çimərliyinə gəliblər. Vətəndaşlar həm nəhəng dalğaların görüntüsünü izləyib, həm də fotoşəkil çəkdirərək həmin anları əbədiləşdiriblər. Sahilə getməyənlər isə sahildə qrupla gəziblər. Bəzi vətəndaşlar yayda turistlərin çimərliyə atdıqları qızıl-zinət əşyalarını və ya sikkələri detektor vasitəsilə axtarıblar.

Şiddətli dalğaların təsirindən çimərliyin bir çox yerində budaqların yığıldığı görülüb.

Aysun / Demedia.az