İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayı açıqlaıb



 19:15 08.01.2024     205

Qəzzada Səhiyyə Nazirliyi, İsrail ordusunun son 24 saatda həyata keçirdiyi hücumlarda ölənlərin sayının 249 nəfər artaraq 23 min 84 nəfərə, yaralı sayının isə 58 min 926 nəfərə yüksəldiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, HƏMAS-ın silahlı qanadı , İzzəddin Əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə daxil olub. O, "Əqsa tufanı" adlı hərtərəfli əməliyyata başlayıb. İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. Məktəbləri, evləri və məscidləri bombalayan İsrail dinc əhalinin sığındığı xəstəxanaları da davamlı olaraq vurur. Qəzzada aylardır davam edən qırğında 23 mindən çox adam ölüb, 58 min nəfər yaralanıb.

Bahadur Seyidov