Gənc qadın zarafat edən kişinin üzünə bir qazan qaynar su atıb



 22:15 08.01.2024     227

Rusiyada evindən qonaqlıq verən qadın sevgilisinin tüstü bombası ilə zarafatsına sərt cavab verib.

Demedia.az xəbər verir ki,  zarafatdan qəzəblənən qadın kişinin üzünə bir qazan qaynar su atıb. Ağır yaralanan gəncin vəziyyətinin ağır olduğu və müalicəsinin reanimasiyada davam etdiyi öyrənilib.Rusiya mətbuatında yer alan xəbərə görə, hadisə bazar günü Çelyabinskdə baş verib. İştirakçılardan biri evində şənlik edən gənc qadına oyun oynamaq qərarına gəlib. Kişi gənc qadının yemək hazırladığı mətbəxə tüstü bombası atıb. Zarafatdan hiddətlənən qadın tüstü basmış mətbəxdən bir qazan qaynar su ilə çıxıb və qaynayan suyu zarafatçının üstünə atıb.

Bahadur Seyidov