İsrail Livana hücumlar təşkil edib



 12:28 09.01.2024     470

İsrail ordusu Livanın cənubunda Hizbullaha aid bəzi hədəfləri vurduğunu açıqlayıb.

Demedia.az xəbər verir ki, məsələ ilə bağlı İsrail ordusundan yazılı açıqlama verilib. Açıqlamada Livanın Mervahin bölgəsindəki Hizbullah hədəflərinin vurulduğu, İsrail ərazisinə atəş açmaq üçün istifadə edilən qurğunun və İsrailə qarşı tank əleyhinə raketlərin atıldığı bölgənin də hədəf alındığı bildirilib.

Digər tərəfdən Livanın mənbələrinin məlumatına görə, İsrail qüvvələri Hula qəsəbəsinin ətraf ərazilərinə də hücumlar təşkil edib.

Bahadur Seyidov