İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 1,9 milyon insan evlərini tərk edib



 11:15 09.01.2024     306

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 1,9 milyon insan evlərini tərk edib.

Demedia.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat verib. Hücumlar fəsadlara səbəb olub.

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək səbəbi ilə İsrailə qarşı hərtərəfli hücuma keçib. İsrail hücumlarda 1200 israillinin öldüyünü, 5 min 132 nəfərin isə yaralandığını açıqlayıb. İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 22 mindən çox fələstinli həyatını itirib.

Bahadur Seyidov