İsrail əsgərləri qəzzalı qadını qətlə yetirdi



 12:00 09.01.2024     215

İsrail qüvvələrinin işğal altındakı Qəzza zolağının şimalında əlində ağ parça ilə bölgəni tərk etməyə çalışan qadını və yanındakı uşağı atəşə tutması görüntüləri ortaya çıxıb.

Demedia.az xəbər verir ki,  həmin qeyri-insani hücum anları ərazidəki bir binadan lentə alınıb.Middle East Eye-nin əldə etdiyi görüntünün noyabrın 12-də Qəzza şəhərinin mərkəzində lentə alındığı bildirilib. Videoda əsasən qadın və uşaq çoxlu sayda mülki şəxsin əllərində ağ bayraqlarla bölgəni tərk edərək cənuba doğru getməyə çalışdığı görünür.Yanlarında götürə biləcəkləri bir neçə çanta ilə yola çıxan Fələstinli mülki vətəndaşlar bir küçədə irəliləməyə çalışır. Qrupun qarşısında duran qadın əlində ağ parça və yanında uşaqla küçəyə doğru gedərkən silah səsi eşidilir. Bu zaman güllələnən qadın yerə yıxılıb, yanındakı uşaq və qrupdakı digər fələstinlilər təşviş içində sağa-sola qaçıblar. Yaxınlıqdakı binadan video çəkən şəxsin “qadın güllələnib” dediyi eşidilir.

Bahadur Seyidov