Pakistanda siyasətçilərlə bağlı bu qadağa cəzası ləğv edildi



 16:14 09.01.2024     323

Pakistanın Konstitusiya Məhkəməsi siyasətçilərə siyasətdən ömürlük qadağanın götürülməsinə qərar verib.

Demedia.az xəbər verir ki,  məhkəmənin qərarına görə, heç bir şəxsin seçkilərdə iştirakına ömürlük qadağa qoyula bilməz.

Həmçinin  qeyd edilib ki, təqsirli bilinən millət vəkillərinin 5 il müddətinə dövlət vəzifəsindən kənarlaşdırıla bilək.

Qeyd edək ki, bununla da məhkəmənin qərarı ilə 2018-ci ildə ömürlük siyasətdən uzaqlaşdırılan keçmiş baş nazir Navaz Şərifin fevralın 8-də keçiriləcək ümumi seçkilərdə iştirakına heç bir maneə qalmır.

Bahadur Seyidov