Böyük Britaniya vətəndaşı xüsusi cihazlarla Çində casusluq edib



 15:16 09.01.2024     297

Çində Böyük Britaniya casusluq edən şəxs həbs edilib.

Demedia.az xəbər verir ki, Çində kəşfiyyatdan məsul olan Dövlət Təhlükəsizliyi Nazirliyi Britaniya kəşfiyyatı adından fəaliyyət göstərən “üçüncü ölkə vətəndaşı”nı həbs etdiyini açıqlayıb.

Çində beynəlxalq konsaltinq şirkətinin meneceri olduğu bildirilən şəxsin 2015-ci ildə Britaniya kəşfiyyatı (Mİ6) ilə əlaqələr quraraq “kəşfiyyat əməkdaşlığına” girdiyi, İngiltərə və digər ölkələrdə təhsil aldığı, xüsusi casusluq vasitələri əldə etdiyi iddia edilib.

Həbs edilən şəxsin kəşfiyyat məlumatı toplamaq üçün dəfələrlə Çinə səfər etdiyi və bu səfərlər zamanı dövlət sirri sayılan və kəşfiyyat dəyəri olan sənədləri ələ keçirərək MI6-ya təhvil verdiyi iddia edilirdi.

Bahadur Seyidov