Narkotik ticarətində yeni dövr: Pilotsuz uçuş aparatları



 15:45 09.01.2024     301

Narkotik qaçaqmalçıları məhsullarını sərhədlərdən, həbsxanalara və ya yaxınlıqdakı küçələrə daşımaq üçün dronlardan istifadə etməyə başlayıblar.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Keçən həftə Hindistanın Pebcap bölgəsindəki sərhəd səlahiyyətliləri qaçaqmalçı qruplar tərəfindən istifadə edilən və Pakistan sərhədinə göndərilən 107 narkotik daşıyan İHA ələ keçirdiklərini açıqlayıb.

İordaniyanın quru sərhədlərində təhlükəsizlik tədbirləri narkotik ticarətini çətinləşdirir və buna görə də qaçaqmalçılar pilotsuz uçuş aparatlarından yeni üsul kimi istifadə edirlər. Sentyabr ayında İordaniya Hərbi Hava Qüvvələri Suriyadan narkotik daşıyan iki pilotsuz təyyarəni vurub.

Dünyanın bir çox sərhədində dronlarla həyata keçirilən narkotik ticarəti ABŞ və Meksika sərhədində də müntəzəm olaraq istifadə olunur.

Bahadur Seyidov