Fələstin tərəfdarları Baydenin çıxışını kəsdilər



 16:27 09.01.2024     382

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin kampaniya nitqi Fələstin tərəfdarı etirazçılar tərəfindən kəsilib.

Demedia.az xəbər verir ki, Birləşmiş Ştatların rəhbəri narazı sifətlə bir dəqiqəyə yaxın dayanıb və ona ünvanlanan tənqidlərə qulaq asıb.

Fəallar Qəzza zolağında atəşkəs və Yaxın Şərq münaqişəsi ilə bağlı yalan danışmağı dayandırmağı tələb edib, bundan sonra zaldan çıxarılıblar.

Bahadur Seyidov